Çin Xalq Respublikasının sədri Si Cinpin bildirib ki, dəyişən beynəlxalq şərait fonunda Rusiya ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır.
O, Pekində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı qeyd edib: “Dəyişən beynəlxalq vəziyyət qarşısında Rusiya və Çin arasında əməkdaşlıq əvvəlkindən daha dəyərlidir”.
Si Cinpin əlavə edib ki, o və Rusiya prezidenti Vladimir Putin münasibətləri “strateji səviyyədə” davam etdirir və bu dialoqun qorunub saxlanılmasına sadiqdirlər.
İzmedia.az
![]()

