Rusiya bəzi amerikalı qanunvericilər üçün sanksiyaların ləğvinə hazırdır

1 Min Read

Rusiya qarşılıqlı addım olaraq bəzi amerikalı qanunvericilər üçün sanksiya rejimindən istisnalar etməyə hazırdır.

İzmedia.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin birinci müavini Vyaçeslav Nikonov ABŞ qanunvericiləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin ABŞ-a səfəri qismən amerikalı qanunvericilərin Rusiya Dövlət Dumasının üzvləri üçün sanksiya məhdudiyyətlərinin aradan qaldırılması sayəsində mümkün olub. Nikonov qeyd edib ki, Moskva da öz növbəsində sanksiya siyahısında olan bəzi ABŞ konqresmenlərini siyahıdan çıxarmağa hazırdır.

O əlavə edib ki, iyul ayına qədər ABŞ Konqres üzvlərinin Rusiyaya qarşılıqlı səfəri gözlənilir.

Nikonov vurğulayıb ki, iki ölkənin qanunvericiləri arasında əlaqələrin bərpası ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna-nın təşəbbüsü ilə mümkün olub. Onun sözlərinə görə, “o, bu prosesi təşkil edə bildi və əlaqələrin bərpasının əsas hərəkətverici qüvvəsi oldu”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş