Şirazda partlayıcı “konservlər” nəticəsində ölənlər olub – xəbərdarlıq edilir

1 Min Read

“Tasnim” xəbər agentliyinin məlumatına görə, İranın cənubundakı Şiraz şəhərinin bir neçə sakini İsrail və ABŞ təyyarələrinin atdığı, konservləşdirilmiş məhsula bənzər minaların partlaması nəticəsində həlak olub.

Agentliyin bildirdiyinə əsasən, “düşmən təyyarələri” Şiraz yaxınlığında bəzi ərazilərə adi balıq konservinə bənzəyən qalay qutularının içində gizlədilmiş partlayıcı maddələr atıb. Qeyd olunub ki, bu “konservlər” açılan kimi partlayır.

Məlumata görə, yerli təhlükəsizlik qurumları bu cür mina tələlərini toplayır və vətəndaşlara şübhəli əşyalardan uzaq durmaq, belə hallarla rastlaşdıqda isə dərhal polisə məlumat vermək tövsiyə olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş