Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılan Böyük Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Danae Dholakia jurnalistlərə heç bir açıqlama vermədən nazirlik binasını tərk edib.
İzmedia.az xəbər verir ki, bu barədə TASS agentliyinin müxbiri məlumat verib.
Bildirilib ki, diplomat nazirlikdə təxminən 15 dəqiqə qalıb.
Xatırladaq ki, bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti Böyük Britaniya səfirliyinin əməkdaşlarından birinin casusluq fəaliyyəti ilə bağlı sübutlar aşkar etdiyini açıqlamışdı.
İzmedia.az
![]()

