İran Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq etməyə hazırlaşır

1 Min Read

İran Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin üzvü Əlaəddin Burucerdi bildirib ki, Hörmüz boğazından keçən gəmilər yaxın vaxtlarda qəbul ediləcək yeni qanuna əsasən rüsum ödəyəcəklər.

İzmedia.az xəbər verir ki, onun sözlərinə görə, “Hörmüz boğazı üzərində tam nəzarətimiz var. Parlament tərəfindən qanun layihəsi qəbul edildikdən sonra bu su yolu yeni sistemlə idarə olunacaq. Gəmilərin təhlükəsizliyi və xidmətləri həmin qanunda nəzərdə tutulan ödənişlər hesabına təmin ediləcək”. Bu barədə SNN məlumat yayıb.

Qeyd edək ki, martın 26-da İran parlamentinin mülki işlər komitəsinin sədri Məhəmməd Rza Rzai Kuçi də Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tətbiq olunacağını açıqlamışdı.

Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra regionda gərginlik artıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə və regiondakı ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib.

İran hakimiyyəti həmçinin Hörmüz boğazını ABŞ, İsrail və onları dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarı verib. Münaqişə dövründə icazəsiz keçən bəzi tankerlərə hücum edildiyi bildirilir. Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi dost ölkələrin – o cümlədən Rusiya, Hindistan, İraq, Çin və Pakistanın – boğazdan keçməsinə icazə verildiyini açıqlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş