İtaliyanın Kasoriya şəhərində 16 yaşlı Adriano D’Orsi dostları ilə kafedə dondurma yedikdən bir neçə dəqiqə sonra anafilaktik şok nəticəsində həyatını itirib. Bu barədə Böyük Britaniyanın Mirror qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə mayın 16-da baş verib. Yeniyetmə axşam gəzintisindən sonra iki dostu ilə birlikdə tanış dondurma salonuna gedib. O, desertdən bir neçə qaşıq qəbul etdikdən dərhal sonra ağır allergik reaksiya əlamətləri göstərməyə başlayıb.
Məlumata əsasən, Adriano panikaya düşərək dostlarından kömək istəyib və daha sonra atası Mauro D’Orsinin yanına aparılıb.
Atası ona ilkin tibbi yardım göstərməyə çalışıb və allergiya əleyhinə iynə vurub. Lakin göstərilən yardıma baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
İzmedia.az
![]()

