Eurovision Mahnı Müsabiqəsi ilk dəfə Asiyaya genişlənir və yeni layihə “Eurovision Asia” 2026-cı ildə start götürəcək.
İzmedia.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi və Eurovision.com məlumat yayıb.
Yeni formatda müsabiqənin ilk ev sahibi Banqkok olacaq. Möhtəşəm finalın 14 noyabrda keçirilməsi planlaşdırılır.
Məlumata görə, artıq on Asiya ölkəsindən yayımçılar iştiraklarını təsdiqləyiblər və yaxın aylarda əlavə ölkələrin də qoşulacağı gözlənilir. Layihə çərçivəsində hər ölkə öz musiqi üslubunu və mədəni kimliyini səhnədə nümayiş etdirəcək.
“Eurovision”un 70 illik yubileyinə təsadüf edən bu genişlənmə ilə müsabiqənin formatı yeni mərhələyə qədəm qoyur və “Musiqi ilə Birlikdə” şüarının davam etdirilməsi vurğulanır.
İzmedia.az
![]()

