Qaluzin: Qərb Mərkəzi Asiya ölkələrinin suverenliyinə hörmət etmir

1 Min Read

Qərb ölkələri faktiki olaraq Mərkəzi Asiya dövlətlərinin suverenliyini tanımır və onlardan Rusiya ilə bağlı məlumatlar əldə etməyə çalışır.

İzmedia.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O, bu fikirləri Valday Müzakirə Klubu və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutu tərəfindən təşkil edilən Rusiya–Özbəkistan konfransı çərçivəsində TASS-a müsahibəsində səsləndirib.

Qaluzinin sözlərinə görə, Qərb ölkələri müxtəlif “sanksiya elçiləri” vasitəsilə Mərkəzi Asiya dövlətlərindən ticarət statistikası barədə məlumat toplamağa və onları Rusiyaya qarşı sanksiya təzyiqini izləməyə təşviq edir. O qeyd edib ki, bu cür addımlar region ölkələrinin suverenliyinə və müstəqil siyasət yürütmək hüququna hörmətsizlikdir.

Diplomat əlavə edib ki, ABŞ və Avropa Birliyi Rusiyanın Mərkəzi Asiyadakı tərəfdaşlarını Moskvanın tanımadığı anti-Rusiya sanksiyalarına qoşulmağa məcbur etməyə çalışır.

Qaluzin vurğulayıb ki, Qərbin regiona münasibətdə apardığı bu siyasət, onun fikrincə, dövlətlərin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirilməli və qınanmalıdır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş