DAWN ABŞ-ı İsrailə təzyiqi artırmağa çağırıb

1 Min Read

 

Amerikanın insan haqları təşkilatı DAWN ABŞ hakimiyyətini İran, Livan və digər bölgələrdə hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün İsrailə təzyiqləri artırmağa çağırıb.

Təşkilatın bəyanatı ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında fikir ayrılıqlarının olduğu barədə yayılan məlumatlar fonunda səsləndirilib.

DAWN təşkilatının icraçı direktoru Ömər Şakir bildirib ki, Vaşinqton real təsir rıçaqlarından istifadə etmədiyi müddətdə İsrailin hərəkətləri ilə bağlı narazılıq ifadə edən açıqlamalar və media sızmaları praktiki nəticə verməyəcək.

Onun sözlərinə görə, ABŞ silah tədarükünün dayandırılması və kəşfiyyat məlumatlarının paylaşılmasının məhdudlaşdırılması kimi vasitələrdən istifadə etməklə daha ciddi təsir göstərə bilər.

Şakir həmçinin iddia edib ki, İsrailin Beyruta endirdiyi zərbələr ABŞ ilə İran arasında formalaşmaqda olan mümkün razılaşma prosesinə mane olmaq məqsədi daşıyıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş