İran Qətər sularında neft tankerini raketlə vurub

1 Min Read

İran Qətər ərazi sularında Qatar Energy tərəfindən icarəyə götürülmüş neft tankerini kruiz raketi ilə hədəfə alıb.

İzmedia.az xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, aprelin 1-də İran Qətər istiqamətində üç qanadlı raket atıb. “Silahlı qüvvələrimiz onlardan ikisini uğurla ələ keçirib, üçüncüsü isə Qətər Dövlətinin ərazi sularında Qatar Energy tərəfindən icarəyə götürülmüş neft tankerini vurub”, – deyə məlumatda bildirilir.

Qeyd olunub ki, gəmidə 21 heyət üzvü olub. Səlahiyyətli qurumların koordinasiyası ilə ekipajın təxliyəsi həyata keçirilib və hadisə nəticəsində xəsarət alan olmayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş