Rubio: Vaşinqton İranla müharibənin “finiş xəttini” görür

1 Min Read

ABŞ dövlət katibi Marko Rubio Fox News-a müsahibəsində Vaşinqtonun İranla müharibənin “finiş xəttini” gördüyünü bildirib.

Onun sözlərinə görə, proses dərhal başa çatmayacaq, lakin ABŞ tərəfi münaqişənin son mərhələsinə yaxınlaşır. Rubio həmçinin qeyd edib ki, ABŞ və İran arasında mesaj mübadiləsi davam edir və gələcəkdə tərəflər arasında birbaşa görüşün keçirilməsi istisna olunmur.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarını “iki-üç həftə ərzində” başa çatdırmaq niyyətində olduğunu açıqlamışdı.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş