CNN-in peyk görüntülərinin təhlilinə əsasən yaydığı məlumata görə, İranın Səudiyyə Ərəbistanındakı hava bazasına endirdiyi zərbə nəticəsində THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sisteminin bir hissəsi olan ABŞ-a məxsus AN/TPY-2 radar sistemi zədələnib.
Məlumata görə, bu zərbə İranın ABŞ ordusunun raket və dronları aşkar etmə və məhv etmə imkanlarını məhdudlaşdırmağa yönəlmiş planının bir hissəsi kimi qiymətləndirilir.
Bundan əlavə, iddialara görə, İran qüvvələri İordaniyada yerləşən AN/TPY-2 radarını məhv edib, həmçinin Qətərdə yerləşən erkən xəbərdarlıq sisteminə zərər vurub.
İzmedia.az
![]()

