Küveytdə neft emalı zavoduna dron hücumu: bir neçə yanğın baş verib

1 Min Read

Küveytin Əl-Əhmədi limanı yaxınlığında yerləşən neft emalı zavodu pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

İzmedia.az bildirir ki, hadisə nəticəsində bir neçə yanğın baş verib. Bu barədə Küveyt Neft Korporasiyası (KPC) məlumat yayıb.

Şirkətin KUNA xəbər agentliyinə istinadən verdiyi açıqlamada bildirilir ki, “Əl-Əhmədi limanı yaxınlığındakı neft emalı zavodu bu səhər dron hücumuna məruz qalıb. Nəticədə bir neçə yanğın baş verib və yanğınsöndürənlər hazırda alovun qarşısını almaq üçün çalışırlar”.

KPC-nin məlumatına görə, ilkin bilgilərə əsasən, hadisə nəticəsində itki qeydə alınmayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş