Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə bildirib ki, Moskva Kubaya tətbiq olunan blokadanın dərhal aradan qaldırılmasına çağırır.
O, agentliyə müsahibəsində qeyd edib:
“Biz Kubanın təhlükəsizliyinin təmin edilməsində israr edirik. Biz adaya tətbiq edilən tamamilə qanunsuz blokadanın ləğvini tələb edirik”.
Kubada vəziyyət yanvar ayının sonlarında ABŞ-ın adaya bütün neft tədarükünün qarşısını almağa yönəlmiş tədbirləri elan etməsindən sonra kəskin şəkildə pisləşib. Enerji sahəsində vəziyyət kritik həddə çatıb. Mart ayında milli elektrik şəbəkəsi üç dəfə sıradan çıxıb, sonuncu hadisə isə martın 21-də baş verib və ölkə üzrə uzunmüddətli elektrik kəsintilərinə səbəb olub.
Hazırda Kubada benzin və dizel yanacağı, eləcə də qida və dərman çatışmazlığı ciddi şəkildə hiss olunur.
Bundan əlavə, bir neçə xarici aviaşirkət respublikanın hava limanlarında aviasiya kerosini və ya reaktiv yanacağın olmaması səbəbindən bu ölkəyə uçuşlarını dayandırdıqlarını elan edib.
İzmedia.az
![]()

