ABŞ-nin hazırkı siyasəti hegemonizm və güc tətbiqinə əsaslanır və bu, dünyada ardıcıl böhranların yaranmasına səbəb olur.
İzmedia.az xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə verdiyi müsahibədə səsləndirib.
Diplomat bildirib ki, “Vaşinqtonun mövcud siyasətində eksklüzivlik, hegemonluq və güc tətbiqi əsas xətt təşkil edir. Dünyanın bir-birinin ardınca böhranlarla üzləşməsi və bu qədər çətin sınaqlardan keçməsi də bununla bağlıdır”.
Ryabkov vurğulayıb ki, “Biz isə beynəlxalq hüququn aliliyini və bölünməz təhlükəsizlik prinsipini dəstəkləyirik. Hər kəsi öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına təmin etməyin mümkün olmadığı prinsipindən çıxış etməyə çağırırıq”.
İzmedia.az
![]()

