“Marca”nın verdiyi məlumata görə, Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu, 41 yaşlı Kriştiano Ronaldo bud zədəsindən tam sağalıb və iyun–iyul aylarında ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Kubokunda milli komanda ilə meydana çıxmağa hazırdır.
Ronaldo fevralın 28-də zədə almış və ötən ay Portuqaliyanın Meksika və ABŞ-a qarşı yoldaşlıq görüşlərini buraxmışdı.
Dünya Kubokunun qrup mərhələsində Portuqaliya Kolumbiya, Özbəkistan və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.
İzmedia.az
![]()

