Konnektikut ştatından olan Demokrat senator Kris Merfi ABŞ prezidenti Donald Trampın İranla bağlı vəziyyət barədə çıxışını şərh edərək bildirib ki, ABŞ hərbi kampaniyada uduzur.
O, açıqlamasında qeyd edib:
“Biz bu müharibədə uduzuruq”.
Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olan Merfi vurğulayıb ki, ABŞ İranın bütün raketlərini və ya dronlarını məhv edə bilmir, həmçinin nüvə proqramını da tam sıradan çıxarmaq mümkün deyil. Onun sözlərinə görə, İran xüsusilə Hörmüz boğazına nəzarəti səbəbindən regionda əvvəlkindən daha güclü mövqe nümayiş etdirir.
Senator əlavə edib ki, ABŞ “əlində olmayan milyardları boş yerə xərcləyir” və bu siyasət ölkəni daha da qeyri-sabit vəziyyətə sürükləyir.
İzmedia.az
![]()

