Türkiyəli jurnalist: Ukraynanın rəhbərliyi ilə yeni hərbi blokun yaradılması real deyil

2 Min Read

NATO-ya üzv dövlətlər arasında potensial iştirakçıların olmaması səbəbindən Qərb və Ukraynanın daxil olduğu yeni hərbi blokun yaradılması mümkün deyil.

İzmedia.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist və “Aydınlıq” qəzetinin redaktoru Özgür Altınbaş Donetsk Xalq Respublikasına təşkil olunan mətbuat turu zamanı bildirib.

Aprelin 15-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlamasında qeyd edib ki, ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kelloq ABŞ prezidenti Donald Tramp administrasiyasının Kiyevin NATO-ya qoşulmasına icazə verməkdən imtina etməsi fonunda Ukraynanın rəhbərlik etdiyi yeni hərbi blok yaradılması ideyasını irəli sürüb. Baş diplomatın sözlərinə görə, Vaşinqton Rusiyanı cilovlamaq məsuliyyətini Avropanın üzərinə qoymaq və Çin istiqamətində daha sərbəst hərəkət etmək niyyətindədir.

Altınbaş isə bildirib ki, bu ideyanın reallaşması mümkün deyil: “Hazırda NATO ölkələri arasında həmrəylik yoxdur. Buna görə də hesab edirəm ki, avropalılar və amerikalılar Ukrayna ilə bu cür birlik yarada bilməzlər”.

Jurnalist əlavə edib ki, bu təşəbbüs Ukrayna cəmiyyətində də geniş dəstək qazanmır: “Biz hesab edirik ki, Ukraynada bu sözdə ittifaqa qarşı olan çox sayda insan var. Çünki onlar anlayırlar ki, Qərb ölkələri Ukrayna xalqından Rusiyaya qarşı istifadə edir. Yeddi milyondan çox insan ölkəni tərk etməyə məcbur olub. Bu səbəbdən düşünmürəm ki, ABŞ və Avropa ölkələri Ukrayna xalqına ‘biz birlikdə olacağıq’ mesajını verə bilsin. Bu ssenarinin reallaşacağına inanmıram”.

Qeyd edək ki, Özgür Altınbaş Çin, Yaponiya, Şimali Makedoniya, Ekvador, Konqo və digər ölkələrdən olan jurnalistlər, publisistlər və ictimai fəallardan ibarət nümayəndə heyətinin tərkibində Donetsk Xalq Respublikasına təşkil edilən mətbuat turunda iştirak edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş