Moldovada NATO ölkələrinin iştirakı ilə hərbi təlim keçirilib

1 Min Read

Böyük Britaniya, İtaliya və Rumıniyanın xüsusi təyinatlı qüvvələri yerli hərbçilərlə birlikdə 23 mart – 3 aprel tarixlərində Moldovada “JCET-2026” (Birgə Mübadilə Təlimi) adlı hərbi təlim keçiriblər.

Moldova Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlimin əsas məqsədi xüsusi tapşırıqlar üzrə bölmələrin koordinasiyasını artırmaq olub.

Təlim çərçivəsində hərbi qulluqçular müxtəlif silahlardan atəş açmaq, paraşütlə tullanma, komanda hazırlığı, fiziki məşqlər və ilkin tibbi yardım üzrə təlimlər yerinə yetiriblər.

Son illərdə konstitusiyasında neytrallıq prinsipi təsbit olunan Moldova ordusu NATO ölkələrinin iştirakı ilə keçirilən təlimləri genişləndirib. Bu isə tanınmamış Dnestryanı bölgəsinin rəhbərliyi və Moldovadakı parlament müxalifəti tərəfindən narahatlıqla qarşılanır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş