ABŞ Karib dənizində narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirib

1 Min Read

ABŞ Cənub Komandanlığı (SOUTHCOM) bildirib ki, ABŞ hərbçiləri Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən gəmiyə zərbə endirib və nəticədə iki nəfər öldürülüb.

Qurumun X sosial şəbəkəsində yaydığı məlumatda qeyd olunur: “4 may tarixində SOUTHCOM komandiri general Frensis L. Donovanın göstərişi ilə Birgə Operativ Qüvvə ‘Southern Spear’ təyin olunmuş terror təşkilatları tərəfindən idarə olunan gəmiyə ölümcül kinetik zərbə endirib”.

Açıqlamaya görə, kəşfiyyat məlumatları gəminin Karib dənizində məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və bu fəaliyyətlə məşğul olduğunu təsdiqləyib.

Əməliyyat nəticəsində iki nəfər – “narko-terrorçu” kimi təqdim edilən şəxslər zərərsizləşdirilib. Bildirilib ki, ABŞ hərbi qulluqçuları arasında itki və ya xəsarət qeydə alınmayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş