Anadolu Agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Hakan Fidan çərşənbə günü İran və Qətər xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.
İzmedia.az xəbər verir ki, danışıqlarda ABŞ və İran arasında elan edilən iki həftəlik atəşkəs və davamlı sülhə nail olmaq üçün görülən tədbirlər müzakirə olunub.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Fidan iranlı həmkarı Abbas Əraqçi ilə söhbətində müvəqqəti atəşkəsdən məmnunluğunu ifadə edib və Ankaranın davamlı sülhün təmin olunmasına yönəlmiş addımlar atacağını bildirib.
Nazirlik mənbələri qeyd edib ki, Türkiyə atəşkəsin sabit və uzunmüddətli həllə çevrilməsi üçün ardıcıl fəaliyyətini davam etdirəcək.
Fidan həmçinin Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə telefon danışığı aparıb. Tərəflər müvəqqəti atəşkəsin regional səviyyədə davamlı sülhə çevrilməsi üçün zəruri addımları müzakirə ediblər.
İzmedia.az
![]()

