BMT Təhlükəsizlik Şurası yeni Baş katibin seçilməsində razılığa gələ bilmir

1 Min Read
“New York Times” qəzetinin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, BMT Təhlükəsizlik Şurasında təşkilatın yeni baş katibi vəzifəsinə namizədlər üzrə aparılan müzakirələrdə hələlik konsensus əldə olunmayıb.
Qeyd olunur ki, post uğrunda mübarizə aparan yeddi namizəddən – Kerolin Rodrigez-Birkett (Qayana), Rebekka Qrinspan (Kosta Rika), Rafael Qrossi (Argentina), Maria Fernanda Espinosa (Ekvador), Maki Sall (Seneqal), Olara Otunnu (Uqanda) və İvon Baçidən heç biri hələlik aşkar lider kimi öne çıxmayıb.
Mövcud Baş katib António Guterreşin ikinci səlahiyyət müddəti 2026-cı ilin sonunda başa çatır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş