İran Parlamentinin (Məclis) sədri və ABŞ ilə aparılan danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqer Qalibaf bildirib ki, ABŞ-ın İrana qarşı hərbi-dəniz blokadası dünya neft bazarında yeni inflyasiya dalğasına səbəb ola bilər.
Onun sözlərinə görə, belə bir addım bir barel neftin qiymətini 140 dollara qədər yüksəldə bilər.
“Bu, ABŞ maliyyə naziri Skott Besant kimi şəxslərin administrasiyaya verdiyi faydasız məsləhətlərdən biridir. Neft qiymətlərini 120 dollar və daha yuxarı səviyyəyə qaldıran blokada siyasətini məhz onlar irəli sürür. Növbəti dayanacaq 140 dollardır”, – deyə Qalibaf X sosial şəbəkəsində yazıb.
Qalibaf əlavə edib ki, Vaşinqtonun əsas problemi “nəzəriyyədə deyil, düşüncə tərzindədir”.
İzmedia.az
![]()

