Eduardo Bolsonaro qiyabi həbs cəzası alıb

1 Min Read

 

G1 portalının məlumatına görə, Braziliya Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonaronun oğlu Eduardo Bolsonaroya qiyabi olaraq 4 il 2 ay həbs cəzası verib.

Məhkəmə qərarına əsasən, Eduardo Bolsonaro 2022-ci ildə dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində atasının məhkəmə prosesinə mane olmağa cəhd etməkdə təqsirli bilinib.

İstintaq materiallarına görə, Eduardo Bolsonaro ABŞ-a köçdükdən sonra Donald Trump administrasiyasına Braziliya Ali Məhkəməsinin hakimlərinə və Prezident Luiz Inácio Lula da Silva hökumətinin üzvlərinə qarşı sanksiyalar tətbiq edilməsi üçün təzyiq göstərib.

Buna baxmayaraq, məhkəmə prosesi baş tutub və Jair Bolsonaro dövlət çevrilişi təşkil etməkdə təqsirli bilinərək 27 il 3 ay həbs cəzasına məhkum edilib.

Hazırda ABŞ-da yaşayan Eduardo Bolsonaro məhkəmədə dövlət tərəfindən təyin olunmuş vəkil vasitəsilə təmsil olunub və ittihamları rədd edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş