Donald Tramp bir çox NATO müttəfiqinin İran məsələsində ABŞ-İsrail müharibəsinə gözlənilən səviyyədə dəstək verməməsindən “açıq-aşkar məyus” olduğunu bildirib.
İzmedia.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti ilə görüşdən sonra CNN-ə müsahibəsində deyib.
Rutte görüşü “iki yaxşı dost” arasında səmimi və açıq müzakirə kimi qiymətləndirib.
Onun sözlərinə görə, Trampa bir çox Avropa ölkəsinin logistika dəstəyi, uçuşlar və hərbi bazalar daxil olmaqla müxtəlif formalarda yardım göstərdiyi barədə məlumat verilib.
Rutte ABŞ-ın NATO-dan çıxmaq ehtimalı ilə bağlı sualı cavablandırmaqdan imtina edib. “Dediyim kimi, əlbəttə ki, məyusluq var, amma eyni zamanda o, mənim arqumentlərimi diqqətlə dinlədi”, – deyə o qeyd edib.
O əlavə edib ki, Avropanın əksəriyyəti İranın “xaos ixrac etmək” qabiliyyətinin qarşısının alınması məsələsində ABŞ prezidentini dəstəkləyir.
İzmedia.az
![]()

