Yaponiya ehtiyatlardan neft buraxılmasını genişləndirməyi nəzərdən keçirir

1 Min Read

Yaponiya hökuməti strateji ehtiyatlardan əlavə olaraq 20 günlük neft buraxmaq imkanını nəzərdən keçirir.

İzmedia.az xəbər verir ki, bu barədə Kyodo News məlumat yayıb.

Bildirilib ki, bu addımın may ayında atılması mümkündür. Qeyd edək ki, mart ayının ortalarında ölkə artıq təxminən 45 gün ərzində ehtiyacları qarşılamaq üçün ehtiyatların buraxılmasına başlayıb. Yaponiyanın neft sektoru Hörmüz boğazı üzərindən nəqliyyatın faktiki olaraq bağlanmasının müəyyən müddət davam edə biləcəyindən narahatdır və bu səbəbdən prosesin may ayında da davam etdirilməsini təklif edir.

Məlumata görə, Yaponiya neft idxalının təxminən 95 faizini Yaxın Şərqdən təmin edir və bu tədarükün böyük hissəsi məhz Hörmüz boğazından keçir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş