Beynəlxalq yüksək texnologiyalar, investisiya və innovasiyalar üzrə ekspert Errol Musk bildirib ki, Avropa liderləri reallıqla əlaqəni itiriblər və onların yanaşmaları artıq aktual deyil.
O, TASS agentliyinə müsahibəsində deyib:
“Avropa liderləri reallıqdan tamamilə uzaqdırlar. Ola bilsin ki, NATO rəhbərliyi Donald Trumpın etdiyi addımlarla razılaşır. Avropa bir çox baxımdan əhəmiyyətsiz hala gəlib, çünki onların liderləri əsl lider deyillər. Hətta onların kim olduğunu belə çoxları bilmir”.
Ekspert qeyd edib ki, böyük güclər arasında razılaşma əldə etmək baxımından bəzi liderlər daha effektivdir: “Amma Donald Tramp və ya Vladimir Putin kimi şəxslərin razılığa gəlməsi məntiqlidir. Onlar bunu bacara bilərlər. Tramp və Putin haqqında soruşanda ‘bəli’ deyirəm. Amma Tramp və Avropa Birliyi rəhbərliyi və ya Britaniyanın baş naziri ilə bağlı eyni şeyi demək çətindir – burada fikir birliyinin yaranması ehtimalı azdır”.
İzmedia.az
![]()

