“Sülh körpüsü” təşəbbüsü: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə dəyirmi masa işə başlayıb – FOTO

Nərmin
1 Min Read

“Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa işə başlayıb.

izmedia.az “Oxu.Az” a istinadən AZƏRTAC-a istinadla xəbər verir ki, dəyirmi masada iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi müzakirə olunur.

Qeyd edək ki, bu gün erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə, delimitasiya və demarkasiya edilmiş sahədən daxil olub, bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.

Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.

Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, “Sülh körpüsü” təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir.

 

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş