Zelenski: Gərginlik azalarsa üçtərəfli görüş keçirilə bilər

1 Min Read

Volodimir Zelenski qarşıdakı aylarla bağlı proqnozlarını açıqlayaraq, Ukrayna ilə bağlı mühüm diplomatik görüşün mümkünlüyünü qeyd edib.

O, “X” platformasında paylaşımında bildirib ki, əgər Rusiya gərginliyin azaldılması yolunu seçərsə, üçtərəfli görüşün keçirilməsi ehtimalı var.

Zelenskinin sözlərinə görə, belə bir görüşün aprel, may və ya iyun aylarında baş tutması mümkündür. O əlavə edib ki, bu dövr tərəflər üçün əsas mərhələ ola bilər.

Ukrayna prezidenti həmçinin bildirib ki, sentyabr ayına qədər vəziyyətin xüsusilə çətin olacağı gözlənilir və ABŞ tərəfinin bu dialoqa daha çox vaxt verməyəcəyi qənaətində olduğunu vurğulayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş