Moskalkova BMT rəsmisi ilə Ukraynanın zərbələrini müzakirə etməyi planlaşdırır

1 Min Read

Tatyana Moskalkova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk ilə Ukrayna ordusunun Rusiya ərazisindəki mülki obyektlərə endirdiyi zərbələri müzakirə etməyi planlaşdırır.

Ombudsman bu barədə TASS-a müsahibəsində məlumat verib.

Moskalkova bildirib ki, gələn həftə planlaşdırılan görüş zamanı o, Ukrayna Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn pozulması ilə bağlı müraciətlərini gündəmə gətirəcək.

Onun sözlərinə görə, bu pozuntular əsasən mülki obyektlərin – məktəblərin, müəssisələrin və hərbi əməliyyatlarla birbaşa əlaqəsi olmayan sərhəd yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlıdır.

Rəsmi şəxs qeyd edib ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanan hesabatda təqdim etdiyi məlumatlar əks olunsa da, bunlar kifayət qədər geniş və detallı şəkildə təqdim edilməyib.

Moskalkova əlavə edib ki, Belqorodda bu cür zərbələr nəticəsində uşaqlar da daxil olmaqla yüzlərlə mülki şəxs həlak olub.

O vurğulayıb ki, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün mütəmadi olaraq beynəlxalq qurumlara müraciətlər göndərir və bəyanatlar verir. Moskalkova həmçinin BMT rəsmisinə təqdim olunan bütün məlumatların təşkilatın rəsmi sənədlərində tam əks olunmadığını çatdırmaq niyyətindədir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş