Bloomberg agentliyinin məlumatına görə, İspaniya Baş naziri Pedro Sançezin həyat yoldaşı Beqona Qomez uzunmüddətli istintaqdan sonra nüfuzdan sui-istifadə və rüşvətxorluq ittihamları ilə üzləşib.
Məqalədə qeyd olunur ki, Qomezə qarşı aparılan cinayət araşdırması illərdir davam edir və bu prosesdən sonra ona qarşı rəsmi ittiham irəli sürülüb.
İspaniya hökumətinin isə Beqona Qomezə qarşı irəli sürülən bütün ittihamları dəfələrlə rədd etdiyi bildirilir. Eyni zamanda, bu istintaq prosesinin Baş nazir Pedro Sançezə qarşı siyasi təzyiqi artırdığı vurğulanır.
Qeyd olunur ki, 2024-cü ildə Pedro Sançez istefa vermək niyyətində olmadığını açıqlamışdı. O, həyat yoldaşı ilə bağlı məhkəmə prosesləri fonunda özünə və ailəsinə qarşı “qarayaxma kampaniyası” aparıldığını iddia etmişdi.
Baş nazir həmçinin dəstək göstərən tərəfdarlarına təşəkkür edərək, təzyiqlərə baxmayaraq fəaliyyətini davam etdirəcəyini bildirmişdi.
İzmedia.az
![]()

