Yaponiyada tarixi rekord: 100 yaşdan yuxarı insanların sayı 100 mini keçib

1 Min Read
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin açıqladığı son statistikaya əsasən, ölkədə yüzillik yaşı olan insanların sayı 107.677 nəfərə çatıb. Bu, ötən illə müqayisədə 7.914 nəfər çoxdur.
Məlumatlara görə, 100 və daha yuxarı yaşda olanların təxminən 88 faizini (94.298 nəfər) qadınlar, 13.379 nəfərini isə kişilər təşkil edir. Hər iki göstərici üzrə tarixi rekord qeydə alınıb. Ölkənin ən yaşlı sakini Kiotodan olan 114 yaşlı Fuyu Kişimoto, ən yaşlı kişi isə Kumamotoda yaşayan 112 yaşlı Hikaru Katodur.
Nazir Keniçiro Ueno ömür uzunluğunun artmasını yüksək yaşayış şəraiti, keyfiyyətli qidalanma və tibbin inkişafı ilə əlaqələndirib.
Statistikanın ilk dəfə aparıldığı 1963-cü ildə Yaponiyada 100 yaşdan yuxarı cəmi 153 nəfər var idisə, ötən 63 il ərzində bu rəqəm 700 dəfədən çox artıb.
Bununla belə, ölkə dərin demoqrafik böhran və doğum sayının kəskin azalması ilə üz-üzədir. Sorğulara əsasən, 18-34 yaş arası subayların 20 faizdən çoxu uşaq baxımı, təhsil xərclərinin yüksəkliyi və ağır iş rejiminə görə ailə qurmağı planlaşdırmır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş