Avropa mart ayında mayeləşdirilmiş təbii qaz idxalında rekord qırıb

1 Min Read

Rusiya Prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev Böyük Britaniya və Avropa İttifaqı rəsmilərini səhvlərini etiraf etməyə və Rusiya neft və qazının alışını bərpa etməyə çağırıb.

O, sosial şəbəkədə paylaşımında bildirib ki, gərginliyin azaldılması üçün ilk addım məhz bu qərarların yenidən nəzərdən keçirilməsidir. Dmitriyev qeyd edib ki, “Şimal Axını 2” layihəsinin bərpası və Rusiya enerji resurslarının yenidən alınması Avropa üçün həm iqtisadi, həm də enerji təhlükəsizliyi baxımından faydalı ola bilər.

Onun sözlərinə görə, Avropa İttifaqı və Böyük Britaniya əvvəlki səhvlərini etiraf etməli, daha sonra isə Rusiya nefti, qazı, gübrələri və digər strateji məhsulların idxalını bərpa etməlidir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp çıxışında Vaşinqtonun Hörmüz boğazından asılı olmadığını vurğulayıb və neft idxal edən ölkələrə alternativ mənbələr axtarmağı tövsiyə edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq İran regionda yerləşən ABŞ hərbi bazalarına və İsraildəki hədəflərə zərbələr endirib. Eyni zamanda, Tehran Hörmüz boğazından keçidi məhdudlaşdıraraq bəzi tankerlərə hücumlar həyata keçirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş