J.D. Vens: Tramp İranla “böyük razılaşma” əldə etmək istəyir

1 Min Read

ABŞ-nin vitse-prezidenti J.D. Vens bildirib ki, Prezident Donald Tramp İranla genişmiqyaslı razılaşma əldə etməyə çalışır və bunun ölkənin inkişafına töhfə verəcəyini düşünür.

Vens Corciya Universitetində keçirilən “Turning Point USA” (TPUSA) tədbirində çıxışı zamanı deyib: “Tramp kiçik razılaşma istəmir, o, böyük razılaşma istəyir”.

Onun sözlərinə görə, belə bir razılaşma İranın nüvə silahına malik olmamasını, terrorizmin dövlət səviyyəsində dəstəklənməməsini və İran xalqının iqtisadi inkişaf edərək qlobal iqtisadiyyata inteqrasiya olunmasını nəzərdə tutur.

Vens qeyd edib ki, tərəflər arasında uzunmüddətli etimadsızlıq mövcud olsa da, razılaşmanın əldə olunması mümkündür: “Hazırda olduğumuz nöqtədən razıyam və bunu müsbət qiymətləndirirəm”.

O əlavə edib ki, İslamabadda keçirilən danışıqlarda iştirak edən nümayəndə heyətləri, ABŞ və İran arasında onilliklərdir davam edən inamsızlığa baxmayaraq, razılaşma əldə etmək niyyətindədir.

Vens sonda vurğulayıb ki, Vaşinqton danışıqları davam etdirəcək və razılaşmanın əldə olunması üçün səylərini davam etdirəcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş