“The Washington Post” (WP) qəzetinin 24 mayda mənbələrə istinadən verdiyi məlumata görə, İran və ABŞ tərəfləri arasında əldə edilən razılaşmaya əsasən, Tehran müqaviləni imzaladıqdan sonra 30 gün ərzində Hörmüz boğazını açacaq.
Nəşrin məlumatına görə, “diplomat tərəfindən imzalanan son təklifə əsasən, İran dərhal Hörmüz boğazını açacaq və 30 gün ərzində gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qaytarılması üçün addımlar atacaq”.
Həmçinin bildirilir ki, İran, ABŞ və onların müttəfiqlərinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırıldığını elan edəcəyi gözlənilir. Qəzet qeyd edir ki, təklifə İranın nüvə silahı proqramını dayandıracağına dair təsdiq və onun ehtiyatlarının koordinasiyalı şəkildə məhv edilməsi barədə razılaşma da daxildir.
İzmedia.az
![]()

