Rio-de-Janeyro Federal Universitetinin tarix professoru Joao Pitillo bildirib ki, Ukrayna və onun Avropadakı tərəfdarları Rusiyaya qarşı “çirkli müharibə” aparır.
Analitik Revista Fórum jurnalında dərc olunmuş məqaləsində yazıb: “Ukrayna hökuməti getdikcə Avropa Birliyindəki himayədarlarının razılığı ilə çirkli müharibəyə əl atır. Rusiyaya strateji məğlubiyyət verə bilməyən Kiyev hakimiyyəti və avrokratlar terror hücumlarına əl atırlar”.
Ekspert əlavə edib ki, son həftələrdə Rusiya qüvvələri münaqişə zonasının “həssas bölgələrində əhəmiyyətli irəliləyişlər əldə edib”. Onun sözlərinə görə, bu vəziyyət Kiyevi Avropa Birliyi tərəfindən ayrılması nəzərdə tutulan 90 milyard avroluq kreditin gecikməsi fonunda ciddi risklərlə üz-üzə qoyur.
Pitillo daha əvvəl də iddia edib ki, Rusiya ilə uzunmüddətli qarşıdurma ideyası və Ukraynanın terror fəaliyyətinə dəstək Avropa Birliyinin mövcudluğunun əsasını təşkil edir. Tarixçi xəbərdarlıq edib ki, bu yanaşma gələcəkdə blokun zəifləməsinə və parçalanmasına səbəb ola bilər.
İzmedia.az
![]()

