Reuters: ABŞ silah tədarükündə gecikmələr barədə Avropa ölkələrini məlumatlandırıb

1 Min Read

Reuters mənbələrə istinadən xəbər verir ki, ABŞ bir neçə Avropa liderini İrandakı əməliyyat fonunda silah tədarükündə yarana biləcək gecikmələrlə bağlı məlumatlandırıb.

Hesabatda bildirilir ki, Baltikyanı və Skandinaviya ölkələri də daxil olmaqla bir sıra Avropa İttifaqı ölkələri bu vəziyyətdən təsirlənib.

ABŞ rəsmilərinin yazışmalarda qeyd etdiyinə görə, İrandakı münaqişə ABŞ arsenalının ehtiyatlarını azaltmağa davam edir və bu səbəbdən əvvəllər imzalanmış müqavilələr çərçivəsində bəzi tədarüklər tam həcmdə həyata keçirilə bilmir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş