Çin–İran ticarət dövriyyəsi kəskin azalıb

1 Min Read

Çin Baş Gömrük İdarəsinin açıqladığı məlumatlara görə, Çin ilə İran arasında ticarət dövriyyəsi 2026-cı ilin birinci rübündə 1,55 milyard dollar təşkil edib.

İzmedia.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 50% azalma deməkdir.

Hesabat dövründə Çinin İrandan idxalı 56,7% azalaraq 415,5 milyon dollara düşüb. Eyni zamanda, Çinin İrana ixracı da 47,1% azalaraq 1,14 milyard dollar təşkil edib.

Mart ayında iki ölkə arasında ticarət dövriyyəsi aylıq müqayisədə 64,1%, illik müqayisədə isə 79,6% azalaraq 184,6 milyon dollara enib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş