Yujno-Saxalinsk seysmik stansiyasının məlumatına görə, Saxalin bölgəsindəki Kuril adaları sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.
Seysmik hadisə aprelin 20-də yerli vaxtla saat 18:52-də (Moskva vaxtı ilə 10:52) qeydə alınıb. Zəlzələnin ocağı təxminən 12 kilometr dərinlikdə yerləşib.
İlkin məlumatlara əsasən, Kuril adalarında zəlzələ ilə bağlı hər hansı ciddi və ya nəzərəçarpan təkan barədə məlumat verilməyib.
İzmedia.az
![]()

