NBC News-un məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, dövlət katibi Marko Rubio bu cümə axşamı İsrail və Livan arasında keçiriləcək birbaşa danışıqların ikinci mərhələsində iştirak edə bilər.
Məlumata əsasən, danışıqlar ötən çərşənbə axşamı İsrailin ABŞ-dakı səfiri Yehiel Leiter və Livanın səfiri Nada Hamadeh arasında keçirilən görüşdən sonra mümkün olub. Həmin görüşdə Marko Rubionun da iştirak etdiyi bildirilir.
Qeyd olunur ki, bu təmas İsrail və Livan arasında uzun illərdən sonra ilk birbaşa diplomatik əlaqə kimi qiymətləndirilir və nəticədə 10 günlük kövrək atəşkəs razılaşması əldə olunub.
İzmedia.az
![]()

