“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın ailəsinə məxsus daşınmaz əmlak şirkəti yerli tərəfdaşlarla birlikdə Gürcüstanın paytaxtı Tbilisidə 70 mərtəbəli elit yaşayış kompleksi tikməyi planlaşdırır.
Məlumata əsasən, bu layihə Trampın ikinci prezidentlik müddəti dövründə ailə biznesinin xarici bazarlarda fəaliyyət modelini yenidən nəzərdən keçirdiyini göstərir.
Bildirilir ki, “Trump Organization” və tərəfdaşları tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihə “Trump Tower Tbilisi” adlanacaq və Tbilisidə ən hündür bina olacağı gözlənilir.
İzmedia.az
![]()

