İsrailin Livanın cənubuna zərbələri nəticəsində 14 nəfər həlak olub

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

İsrail Müdafiə Qüvvələri tərəfindən Livanın cənubuna endirilən hava zərbələri nəticəsində son 24 saatda 14 nəfər həlak olub. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

NNA Səhiyyə Nazirliyinə istinadən bildirib ki, 26 apreldə baş verən hücumlar zamanı ölənlər arasında iki uşaq və iki qadın da var.

Məlumata görə, hücumlar nəticəsində 37 nəfər də yaralanıb.

Binyamin Netanyahunin ofisi daha əvvəl İsrail ordusuna Hizbullah hədəflərinə zərbələr endirmək əmri verildiyini açıqlayıb.

Qərarın İsrailin şimal və cənub bölgələrində yerləşən hərbi mövqelərə qarşı raket və pilotsuz uçuş aparatları ilə edilən hücumlara cavab olaraq verildiyi bildirilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş