Zaxarova: Rusiya Hindistanla hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyətindədir

1 Min Read

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Hindistanın “Firstpost” qəzetinə verdiyi müsahibədə bildirib ki, beynəlxalq rəqabətin artması fonunda Moskva Hindistanla hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyətindədir.

Zaxarova hökumətlərarası komissiyaların illik iclaslarını və artan hərbi nümayəndə heyətlərinin mübadiləsini qeyd edərək deyib: “Zamanla sınaqdan keçirilmiş hərbi-texniki əməkdaşlığımız hərtərəflidir, qarşılıqlı etimada əsaslanır və xarici siyasətdəki dalğalanmalardan asılı deyil”.

Onun sözlərinə görə, Rusiya hərbi məhsulların ixracını davam etdirməyə, həmçinin birgə inkişaf, lisenziyalı istehsal və modernləşdirmə daxil olmaqla ortaq layihələri həyata keçirməyə hazırdır. O, nümunə kimi Rusiya–Hindistan birgə “BrahMos” raket sistemi layihəsini və AK-203 hücum tüfənglərinin istehsalını göstərib.

Zaxarova həmçinin Rusiyanın Hindistana neft ixracını artırmaq niyyətində olduğunu bildirib və enerji operatorlarının Hindistanın tələbatını mümkün qədər qısa müddətdə təmin etməyə çalışdığını qeyd edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş