Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola düşən “Sumud” donanmasına müdaxiləsini qətiyyətlə pisləyib.
izmedia.az xəbər verir ki, Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, İsrail qüvvələrinin beynəlxalq sularda həyata keçirdiyi bu hücum piratçılıq aktı kimi qiymətləndirilir. Bildirilib ki, bu cür hərəkətlər beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır.
“İsrail qüvvələrinin beynəlxalq sularda Qəzzaya humanitar yardım çatdırmaq üçün təşkil olunmuş Qlobal ‘Sumud’ donanmasına hücumu piratçılıq aktıdır.
Qəzza xalqının üzləşdiyi humanitar fəlakətə diqqət çəkməyə çalışan bu təşəbbüsə qarşı hücum etməklə İsrail humanitar dəyərləri və beynəlxalq hüququ hədəfə alır.
Bu təcavüz, eyni zamanda, beynəlxalq sularda naviqasiya azadlığı prinsipinin də pozulmasıdır.
Beynəlxalq ictimaiyyəti İsrailin bu qanunsuz hərəkətinə qarşı vahid mövqe tutmağa çağırırıq.
Vətəndaşlarımızın və donanmadakı digər sərnişinlərin vəziyyəti ilə bağlı müvafiq ölkələrlə birlikdə bütün zəruri tədbirlər görülür.”
![]()
