Rusiyanın təhlükəsizlik orqanlarındakı mənbə TASS agentliyinə bildirib ki, son bir il ərzində Ukraynanın 170 hava hücumundan müdafiə heyəti Rusiya istehsalı olan ən azı bir “Geran” pilotsuz uçuş aparatını ələ keçirə bilməyib.
Mənbənin sözlərinə görə, Ukrayna Hərbi Hava Qüvvələrinin komandan müavini Pavel Yelizarov bildirib ki, 170 hava hücumundan müdafiə heyəti heç bir Rusiya dronunu vura bilməyib, daha 66 heyət isə 10-dan çox dronu zərərsizləşdirib.
Bildirilib ki, Ukrayna 2025-ci ildə olduğu kimi mobil hava hücumundan müdafiə bölmələrinin bəzi üzvlərini yenidən hücum bölmələrinə göndərməyi planlaşdırır. Lakin həmin vaxt Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bu praktikanı ictimai təzyiq səbəbindən dayandırmışdı.
İzmedia.az
![]()

