Fitch: ABŞ-nin dövlət borcu 2027-ci ilə qədər ÜDM-in 120%-ni keçə bilər

1 Min Read

Beynəlxalq reytinq agentliyi Fitch Ratings ABŞ-ın dövlət borcunun 2027-ci ilə qədər ölkənin ümumi daxili məhsulunun (ÜDM) 120%-ni keçəcəyini proqnozlaşdırır.

Hesabatda qeyd olunur: “Bu il və gələn il ümumi hökumət kəsirinin ÜDM-in 7,9%-i səviyyəsində olacağını gözləyirik ki, bu da onsuz da yüksək olan ümumi dövlət borcunu gələn ilə qədər bizim baza proqnozumuzda 120%-dən yuxarı saxlayacaq”.

Məlumata görə, hazırda ABŞ-ın dövlət borcu 39,1 trilyon dolları ötüb. Bu göstərici ölkə əhalisinə bölündükdə hər bir vətəndaşa 114 min dollardan çox borc düşür.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş