İran ABŞ-ın bölgədəki bazalarına hücum etdi

1 Min Read

İranın “Arash” pilotsuz təyyarələri Küveytdəki Əli əl-Salem hava bazasında ABŞ hərbi radar sistemlərini, “Patriot” hava hücumundan müdafiə sistemlərini və yanacaq çənlərini vurub. “Patriot” sistemi bazanı, eləcə də MQ-9 da daxil olmaqla nəqliyyat təyyarələrini və müasir pilotsuz uçuş aparatlarını qorumaq üçün nəzərdə tutulub.

Bundan əlavə, son hücum dalğası zamanı dronlar Bəhreyndə yerləşən Şeyx İsa hava bazasında ABŞ ordusuna məxsus Superhawk radarları və Patriot raket sistemləri də daxil olmaqla rabitə və radar sistemlərinə zərbələr endirib.

İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun uğurlu dron və raket hücumları nəticəsində bazaya ciddi ziyan dəyib.

Press TV-nin məlumatına görə, İran ordusu həmçinin İordaniyadakı ABŞ hərbi rabitə sistemlərinə və yanacaq anbarlarına zərbələr endirdiyini açıqlayıb.

“ParsToday”in “Al Mayadeen”ə istinadən verdiyi məlumata görə, İranın İraqın şimalındakı Ərbilə endirdiyi zərbələr nəticəsində bir neçə amerikalı əsgər həlak olub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş