Macarıstanda Peter Magyar ədliyyə naziri postuna qaynını namizəd göstərib

1 Min Read

Macarıstanın növbəti hökumətinə rəhbərlik etməyə hazırlaşan Tisza partiyasının lideri Peter Magyar qohumbazlıqla bağlı ictimai ittihamlardan yayınaraq ölkənin ədliyyə naziri vəzifəsinə qaynı Marton Mellethei-Barnanın namizədliyini irəli sürüb. Bu barədə M1 televiziyası məlumat yayıb.

Peter Magyar sosial şəbəkədə yazıb: “Mən Tisza partiyasının hüquq rəhbəri Marton Mellethei-Barnadan Ədliyyə Nazirliyinə rəhbərlik etməsini xahiş etdim. Marton Mellethei-Barna son iyirmi ildə vəkil kimi çalışıb”.

Lakin Magyar həmin şəxsin ötən ilin sentyabr ayında onun bacısı ilə evləndiyini qeyd etməyib. Bu fakt daha sonra Macarıstan mediasının diqqət mərkəzinə düşüb.

Məlumata görə, Magyar artıq gələcək hökumətindəki bütün vəzifələr üzrə namizədlərin müəyyənləşdirilməsini başa çatdırıb. Onun ölkənin yeni parlamentinin ilk iclasında baş nazir seçilməsi gözlənilir.

Tisza partiyası 12 aprel tarixində keçirilən seçkilərdə qələbə qazanaraq parlamentdə yerlərin üçdə ikisindən çoxunu əldə edib.

Ölkəyə ardıcıl 16 il rəhbərlik edən hazırkı Baş nazir Viktor Orban və onun Fidesz – Macarıstan Vətəndaş Alyansı Partiyası isə müxalifətə keçəcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş