izmedia.az xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-ın The Wall Street Journal qəzetinin Avropa İttifaqı liderləri barədə yazdığı məqaləni şərh edib.
Dmitriyevin sözlərinə görə, nəşrin Avropadakı siyasi vəziyyətlə bağlı qənaətləri “gecikmiş etiraf” xarakteri daşıyır. O bildirib ki, Avropa ölkələrində siyasi elitalara etimadın sürətlə azaldığı artıq uzun müddətdir müşahidə olunur.
WSJ məqaləsində qeyd olunur ki, Avropa ölkələrində liderlərin reytinqlərinin düşməsi zəif iqtisadi göstəricilər, miqrasiya siyasətinə qarşı artan narazılıq və populist hərəkatların güclənməsi ilə bağlıdır.
Dmitriyev sosial şəbəkədə yazıb ki, Avropa bürokratiyası problemləri uzun müddət inkar etsə də, artıq reallıqdan qaçmaq mümkün deyil. Onun sözlərinə görə, mövcud vəziyyətin nəticələri yaxın gələcəkdə daha açıq şəkildə görünəcək.
Qeyd edək ki, Dmitriyev bundan əvvəl də Qərb ölkələrinin iqtisadi və sosial problemləri ilə bağlı oxşar fikirlər səsləndirib.
![]()
