Çində fişəng fabrikində partlayış: 21 ölü, 61 yaralı

1 Min Read

Çin Mərkəzi Televiziyasının məlumatına görə, Hunan əyalətində fişəng fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 21-ə yüksəlib, 61 nəfər isə yaralanıb.

Məlumata əsasən, Liuyanq şəhərində baş verən hadisə yerində beş xilasetmə qrupu fəaliyyət göstərir və ümumilikdə 482 nəfər cəlb olunub.

“Xinhua” agentliyi daha əvvəl 3 nəfərin öldüyünü və 25 nəfərin yaralandığını bildirmişdi. Partlayış mayın 4-də Pekin vaxtı ilə 16:43-də qeydə alınıb.

Çin Prezidenti Si Cinpin ölkə üzrə istehsal müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, Luoyanqda (Liuyanq) fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi ilə bağlı göstəriş verib. O, həmçinin hadisənin səbəblərinin tez bir zamanda araşdırılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edib.

Bildirilir ki, zavod ərazisində yerləşən iki barıt anbarı hələ də yüksək risk daşıyır. Xilasetmə işləri üçün bir kilometrlik əsas əməliyyat zonası və üç kilometrlik təhlükəsizlik zonası yaradılıb, əhali isə təxliyə edilib.

Hadisə yerinə 20 xilasetmə məntəqəsi cəlb olunub, əməliyyatlarda robotlar və xüsusi texnikadan istifadə edilir. Yaralılar xəstəxanalara yerləşdirilib, fabrik sahibi olan şirkətin rəhbər şəxslərinin saxlanılması üçün tədbirlər görülür. Hazırda araşdırma davam edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş